“Ermənistanla Azərbaycan arasında sülhə kömək etməyə hazırıq” – Rusiya XİN 

“Ermənistanla Azərbaycan arasında sülhə kömək etməyə hazırıq” – Rusiya XİN 

Hazırda oxunan: “Ermənistanla Azərbaycan arasında sülhə kömək etməyə hazırıq” – Rusiya XİN 

108910

"Rusiya Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu bəyan edib". 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. 

“Biz Rusiya ərazisində müvafiq yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına və rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür yardım göstərməyə hazırıq”, - o deyib. 

Onun sözlərinə görə, hər iki ölkə üçün həssas olan bu proseslər qarşılıqlı məqbul və uzunmüddətli həll yollarının axtarışını tələb edir:

"Biz həmçinin iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında növbəti təmaslar təşkil etməyə hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək məqsədi daşıyır". 

D.Qonçar əlavə edib ki, Soçi sammitində dəstəklənən üçtərəfli parlamentlərarası dialoq təşəbbüsü də bu prosesə töhfə verə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO