İran Rusiyaya minlərlə dron verməyə hazırlaşır

İran Rusiyaya minlərlə dron verməyə hazırlaşır

Hazırda oxunan: İran Rusiyaya minlərlə dron verməyə hazırlaşır

108873

İran Rusiyaya 6 000-dək dron verməyə razılaşıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb. 

Qəzetin mənbələrinin məlumatına görə, NATO və ABŞ-ın digər müttəfiqlərinin təhlükəsizlik rəsmiləri bildiriblər ki, keçən ay əlavə dron satışı Rusiya və İran hərbi və diplomatik rəsmiləri arasında azı iki görüşdə müzakirə olunub.

Danışıqların təfərrüatları barədə məlumat verən yüksəkrütbəli hərbi məmurlardan biri İranın Ukraynanın mülki infrastrukturuna hücumlarda Rusiyanın yaydan bəri istifadə etdiyi, əksəriyyəti “Şahid” modellərindən ibarət 6 000-ə qədər dron tədarük etməyə razılaşdığını açıqlayıb. 
Qeyd olunub ki, hərbi qurumun nümayəndəsi kəşfiyyat məlumatlarının toplanması səylərinin həssas xarakterini əsas gətirərək onun kimliyi və milliyyətinin açıqlanmaması şərti ilə məsələni müzakirə etməyə razılaşıb.

NATO üzvü olan dövlətin ikinci rəsmisi İranın “minlərlə” pilotsuz uçuş aparatı tədarük etməyə razılaşdığını təsdiqləyib. 

Hər iki rəsmi İran ballistik raketlərinin də Rusiya tərəfindən alındığını təsdiqləyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO