Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasından DANIŞDI

Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasından DANIŞDI

Hazırda oxunan: Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyasından DANIŞDI

108829

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitliyə dair fikir mübadiləsi aparıblar.

Həmçinin, Mirzoyan ABŞ rəsmisi ilə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

Belə ki, danışıq zamanı Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası, eləcə də sərhəd təhlükəsizliyi, regionun nəqliyyat infrastrukturlarının blokdan çıxarılması məsələləri barədə müzakirə aparılıb.
Donfrid ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olmasına yardım etməyə hazır olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO