“19 dövlət “Qolodomoru” soyqırım kimi tanıdı” - Ukrayna XİN 

“19 dövlət “Qolodomoru” soyqırım kimi tanıdı” - Ukrayna XİN 

Hazırda oxunan: “19 dövlət “Qolodomoru” soyqırım kimi tanıdı” - Ukrayna XİN 

108826

“Bu gün dünyanın müxtəlif yerlərindən 19 dövlət 1932-1933-cü illərin “Qolodomoru”nu rəsmi olaraq Ukrayna xalqının soyqırımı kimi tanıyıb”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib. 

“Biz həmin ölkələrə belə dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk və hələ də bunu etməyən ölkələri qanunvericilik səviyyəsində müvafiq sənədləri qəbul etməyə çağırırıq”, - deyə bəyanatda bildirilib. 
Qeyd edilib ki, ukraynalı diplomatlar 1932-1933-cü illərin Qolodomorunun Ukrayna xalqına qarşı soyqırımı aktı kimi rəsmən tanınmasına yönəlmiş işləri bundan sonra da davam etdirəcək: 

“Bütöv bir milli, etnik, irqi və ya dini qrupun məqsədyönlü şəkildə məhv edilməsi insanlığa qarşı mümkün cinayətlərdən ən ağırı hesab olunur. 

Cəzasız şər təhlükəlidir. Odur ki, gələcəkdə bu kimi cinayətlərin bir daha təkrarlanmaması üçün keçmişdə törədilən cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi vacibdir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO