"Ukrayna bu halda Rusiya ilə heç vaxt saziş imzalamayacaq" - Kulebadan açıqlama 

Hazırda oxunan: "Ukrayna bu halda Rusiya ilə heç vaxt saziş imzalamayacaq" - Kulebadan açıqlama 

108644

“Rəsmi Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. 

Ukraynalı nazir bildirib ki, rəsmi Kiyev ABŞ-a Vaşinqtonun verdiyi silahlardan Rusiya ərazisində istifadə etməyəcəyinə söz verib.  

Nazir əlavə edib ki, Kiyevin üzərinə götürdüyü öhdəlik beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krıma şamil edilmir. 

“Krım və Donbass Moskvanın nəzarətində olarsa, Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq. Ukrayna bütün ərazilərini, o cümlədən Krımı, bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO