Azərbaycan Kənd təsərrüfatı ticarət missiyası ABŞ-da - FOTO

Azərbaycan Kənd təsərrüfatı ticarət missiyası ABŞ-da - FOTO

Hazırda oxunan: Azərbaycan Kənd təsərrüfatı ticarət missiyası ABŞ-da - FOTO

108622

5-7 dekabr tarixlərində Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) Kənd təsərrüfatı ticarət missiyası təşkil olunub. Səfər “alma paytaxtı” kimi tanınan Vaşinqton Ştatının Venatçi şəhərində keçirilən “Şimal-Qərb Bağçılıq Sərgisi 2022” tədbiri çərçivəsində baş tutub. 

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Bizim.Media-ya bildirilib ki, ölkəmizdən bir sıra kənd təsərrüfatı üzrə müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi səfər zamanı qarşılıqlı ticarət imkanları, təcrübə mübadiləsi və müxtəlif əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Həmçinin nümayəndə heyəti Şimal-Qərb Bağçılıq Sərgisində iştirak edib, orqanik əkinçilik təcrübələrinə dair seminarlara qatılıb, müxtəlif təsərrüfatlara ekskursiyalarda olub, qida emalı, kənd təsərrüfatı sahəsi üzrə maşın və avadanlıqların istehsalı ilə məşğul olan qurumları ziyarət ediblər. 
Missiya ABŞ-Azərbaycan Ticarət Palatası (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşıb. Səfərin məqsədi kənd təsərrüfatı layihələrinə ikitərəfli investisiyaların təşviqi, fermerlər, investorlar və sahə ekspertləri arasında davamlı dialoqun yaradılması, Birləşmiş Ştatlar və Azərbaycan arasında kənd təsərrüfatı ticarətinin artırılması, birgə təhsil və təlim proqramlarının hazırlanmasının müzakirəsi kimi məsələlər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO