2022-ci ildə “Google”da ən çox bu sözlər AXTARILIB - SİYAHI 

2022-ci ildə “Google”da ən çox bu sözlər AXTARILIB - SİYAHI 

Hazırda oxunan: 2022-ci ildə “Google”da ən çox bu sözlər AXTARILIB - SİYAHI 

108435

“Google” şirkəti 2022-ci ilin ən populyar axtarışlarının siyahısını təqdim edib. 

Bizim.Media xəbər verir müvafiq siyahı korporasiyanın saytında yerləşdirilib. 

Siyahıda “Wordle” tapmaca oyunu liderlik edir. İkinci yerdə Hindistan-İngiltərə sorğusu qərarlaşıb. Burada söhbət Hindistanla İngiltərə arasında keçirilən kriket matçının axtarışından gedir. 
“Google”nin ümumi axtarışında üçüncü yeri Ukrayna,  dördüncü yeri isə sentyabrda vəfat etmiş Böyük Britaniya kraliçası II Elizabet tutub. 

Aktyorlar Conni Depp, Uill Smit və Ember Heard 2022-ci ildə Google-da ən çox axtarılan insanlar olub, Rusiya prezidenti Vladimir Putin isə siyahıda dördüncü pillədədir. 

“Google” istifadəçiləri, həmçinin, seçkilərin nəticələri, lotereyada uduş nömrələri və meymunçiçəyi xəstəliyi ilə bağlı məlumatların axtarışını aparıblar. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO