AK-dan Rusiyaya 9-cu SANKSİYALAR PAKETİ - Siyahıda İrandan göndərilən PUA-lar var - VİDEO 

AK-dan Rusiyaya 9-cu SANKSİYALAR PAKETİ - Siyahıda İrandan göndərilən PUA-lar var - VİDEO 

Hazırda oxunan: AK-dan Rusiyaya 9-cu SANKSİYALAR PAKETİ - Siyahıda İrandan göndərilən PUA-lar var - VİDEO 

108420

Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiya paketini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə AK-nın sədri Ursula fon der Leyen brifinq zamanı məlumat verib.  

Bildirilib ki, bu dəfəki sanksiya paketinə 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib.

Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar, siyasi partiyalar və s. var. 

Həmçinin, Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib. 

AK sədri qeyd edib ki, sanksiyalara üçüncü ölkələrdən, xüsusilə İrandan tədarük olunan PUA-ların, dron mühərriklərinin birbaşa Rusiyaya ixracına qadağa qoyulacaq. Paketə ölkəyə idxal olunan ikili təyinatlı mallara yeni ixrac nəzarətlərinin tətbiq olunması da əlavə edilib. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir. 
Bundan əlavə, paketə bu həftə qüvvəyə minən Rusiya neftinin idxalına Avropa İttıfaqının ümumi qadağası, həmçinin "Böyük Yeddilik" (G7) tərəfindən razılaşdırılmış qlobal neft qiymətləri həddi (1 barelə 60 dollar tavan qiyməti nəzərdə tutulur.-red) əlavə olunub. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO