Ombudsman beynəlxalq simpoziumda Ermənistanın ekoloji cinayətlərindən danışıb 

Ombudsman beynəlxalq simpoziumda Ermənistanın ekoloji cinayətlərindən danışıb 

Hazırda oxunan: Ombudsman beynəlxalq simpoziumda Ermənistanın ekoloji cinayətlərindən danışıb 

108402

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin Ankara şəhərində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumda Ermənistanın ekoloji cinayətləri barədə məlumat verib. 

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən S.Əliyeva ilk növbədə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə olunması məsələsinin son illər ciddi tədqiqat predmetinə çevrildiyini vurğulayıb.

Eyni zamanda bildirib ki, iqlim dəyişikliyi və onun yaratdığı nəticələrə qarşı mübarizə aparmaq üçün ayrı-ayrı ölkələr tərəfindən milli siyasətlər, proqramlar, strategiyalar, fəaliyyət planları qəbul edilməkdədir. 

S.Əliyeva Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı etnik nifrət zəminində həyata keçirdiyi işğalçılıq, terrorçuluq, o cümlədən ekoterrorizm siyasətindən bəhs edib.

Daha sonra İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə Ermənistan tərəfindən qadağan olunmuş kimyəvi silahlardan istifadə edilməklə, qəsdən törədilmiş ekoloji cinayətlərlə bağlı toplanmış faktlar əsasında müvafiq beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına göndərilən hesabatlar, eləcə də dünya ictimaiyyətinə ünvanlanan bəyanat və müraciətlər diqqətə çatdırılıb. 
Çıxış zamanı Ombudsman Ermənistan hökumətinin minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə təhvil vermədiyini, eyni zamanda Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirdiyini vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO