İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ölkədə molla rejiminə qarşı çıxan etirazçıları dəstəkləyib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, sabiq prezident hökumət nümayəndələrini “çox gec olmadan” etirazçıların tələblərini yerinə yetirməyə çağırıb.
Hatəmi bildirib ki, etirazçılar tərəfindən səsləndirilən "Qadın, Həyat, Azadlıq" şüarı İran cəmiyyətinin daha yaxşı gələcəyə doğru getdiyini göstərir:
"Azadlıq və təhlükəsizliyin bir-birinə zidd olmasına, nəticədə təhlükəsizliyin qorunması bəhanəsi ilə azadlığın tapdalanmasına və ya təhlükəsizliyin azadlıq adı altında göz ardı edilməsinə icazə verilməməlidir".
O, həmçinin, təhlükəsizlik qüvvələrinin etirazçı tələbələri həbs etməsini tənqid edib.
Qeyd edək ki, Məhəmməd Hatəmi 1997-2005-ci illərdə İran prezidenti olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:28 / 07.12.2022
İranın eks-prezidenti: “Etirazlar cəmiyyətimizin daha yaxşı gələcəyə doğru getdiyini göstərir”
Hazırda oxunan: İranın eks-prezidenti: “Etirazlar cəmiyyətimizin daha yaxşı gələcəyə doğru getdiyini göstərir”
Hazırda oxunan: İranın eks-prezidenti: “Etirazlar cəmiyyətimizin daha yaxşı gələcəyə doğru getdiyini göstərir”
108392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.