"Son günlərdə Ukraynanın 15 ölkədəki səfirlik və konsulluqlarına 31 dəfə şübhəli bağlama göndərilib".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Facebook" hesabında yazıb:
"Diplomatlarımıza qarşı təhdid davam edir. Son 2 gün ərzində İtaliya, Polşa, Portuqaliya Rumıniya və Danimarkadakı səfirliyimizə, həmçinin Qdanskdakı konsulluğumuza şübhəli bağlamalar göndərilib. Ümumilikdə, 15 ölkədə 31 belə hal baş verib".
O, şübhəli bağlamaların eyni zamanda Avstriya, Vatikan, Macarıstan, İspaniya, Qazaxıstan, Niderland, ABŞ, Fransa, Xorvatiya və Çexiyadakı Ukrayna diplomatik nümayəndəliklərinə göndərildiyini bildirib.
Kuleba bütün bağlamaların üzərində göndərən tərəf kimi eyni ünvanın - Almaniyanın Sindelfigen şəhərindəki Tesla dilerliyinin qeyd edildiyini yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:46 / 07.12.2022
Ukraynanın diplomatik nümayəndəliklərinə 31 şübhəli bağlama göndərilib
Hazırda oxunan: Ukraynanın diplomatik nümayəndəliklərinə 31 şübhəli bağlama göndərilib
Hazırda oxunan: Ukraynanın diplomatik nümayəndəliklərinə 31 şübhəli bağlama göndərilib
108374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.