Kəmaləddin Heydərov Rusiyaya getdi - Nələr müzakirə edildi?

Kəmaləddin Heydərov Rusiyaya getdi - Nələr müzakirə edildi?

Hazırda oxunan: Kəmaləddin Heydərov Rusiyaya getdi - Nələr müzakirə edildi?

10832

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.

Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir K.Heydərov Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə naziri Yevgeniy Ziniçevlə görüşüb.
 

Görüş zamanı iki nazirlik arasında əməkdaşlığın vəziyyəti və perspektivləri geniş müzakirə olunub.


Vurğulanıb ki, qurumlar arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində həyata keçirilən tədbirlər, səfər və görüşlər əlaqələrin qarşılıqlı faydalı olmaqla daha da genişləndirilməsinə imkan yaradır.

Görüş zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.

Səfər zamanı Azərbaycan FHN-in nümayəndə heyəti Rusiya FHN-in Böhran Vəziyyətlərində Milli İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO