Çinin smartfon istehsalçısı fəaliyyətini bərpa etməyə balşayıb

Çinin smartfon istehsalçısı fəaliyyətini bərpa etməyə balşayıb

Hazırda oxunan: Çinin smartfon istehsalçısı fəaliyyətini bərpa etməyə balşayıb

108254

“İPhone 14 Pro” seriyalı smartfonların 85%-ə qədərinin yığıldığı Çjençjou şəhərindəki “Foxconn” zavodunun fəaliyyətində bir müddət əvvəl fasilələr yaranmışdı.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb sanitar məhdudiyyətlər, sonra isə işçilərin iğtişaşları göstərilirdi.

Məlumata görə,  vəziyyət hazırda normallaşmağa başlayır və “Foxconn” yanvarın əvvəlinə qədər zavodun fəaliyyətini tam bərpa etməyi düşünür. 

Şirkət nümayəndələrinin sözlərinə görə, noyabr ayı regionda epidemioloji vəziyyət baxımından rübün ən çətin ayı olub, hazırda koronavirus infeksiyasının yayılması nəzarət altındadır. 
Müxtəlif hesablamalara əsasən, noyabrda Çjençjoudakı zavodda “Apple” smartfonlarının istehsalı 30-80% azalıb. İşə qəbul prosesi qaydasında olsa, istehsalatı bərpa etmək üçün üç-dörd həftə vaxt lazım olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO