Xorvatiyanın qəzaya uğrayan “MiQ-21” hərbi təyyarəsinin hər iki pilotu sağdır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, pilotlardan biri müstəqil şəkildə meşəni tərk edib.
Məlumata görə, onu tapan yerli sakinlər pilotun yönünü itirdiyini və heç nə xatırlamadığını bildiriblər.
MÖVZU İLƏ BAĞLI:
Xorvatiyada hərbi təyyarə qəzaya uğradı – Pilotdan xəbər yoxdur
Yerli sakinlərdən ibarət könüllülər digər pilotu da tapıblar. Bildirilib ki, pilot meşədə huşsuz vəziyyətdə tapılıb.
Qeyd edək ki, dekabrın 6-da Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsində “MiQ-21” tipli döyüş təyyarəsi təlim uçuşu zamanı əhalinin az məskunlaşdığı meşə ərazisinə düşərək qəzaya uğrayıb.
Bizim.Media