Macarıstan 2023-cü ildə Ukraynaya 18 milyard avronun ayrılmasına mane olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Azadlıq” radiosunun müxbiri “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilib ki, Avropa İttifaqı Şurasının iclasında Macarıstan Avropa Komissiyasının 2023-cü ildə Ukraynaya 18 milyard avro maliyyə yardımı ayırması təklifinin qəbul edilməsinə qarşı çıxıb.
Orban Aİ-nin Ukraynaya 18 milyard avro yardım planına qarşı çıxmağa davam edəcəyini bildirib.
Qeyd edək ki, daha əvvəl də Macarıstanın baş naziri Viktor Orban AK-nın Aİ-yə üzv ölkələrdən Ukraynaya 18 milyard avro yardımın ayrılması qərarına qarşı çıxıb. Nazir bildirib ki, Aİ-nin ümumi borcları olan dövlətlər birliyinə çevrilməsini istəmir və Avropa İttifaqını Dövlətlər birliyindən borclular cəmiyyətinə çevirməyə ehtiyac yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:14 / 06.12.2022
Macarıstan dediyindən dönmədi – Ukraynaya yardım ayrılmasına MANE OLDU
Hazırda oxunan: Macarıstan dediyindən dönmədi – Ukraynaya yardım ayrılmasına MANE OLDU
Hazırda oxunan: Macarıstan dediyindən dönmədi – Ukraynaya yardım ayrılmasına MANE OLDU
108205
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.