Rusiya və Türkiyə xarici işlər nazirləri nə danışdı?

Rusiya və Türkiyə xarici işlər nazirləri nə danışdı?

Hazırda oxunan: Rusiya və Türkiyə xarici işlər nazirləri nə danışdı?

108142
Sergey Lavrov: "Türkiyə ilə müharibəyə hazırlaşmırıq"

Bu gün Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə bildirib. O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: “Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - “Su-24”x9d təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”x9d.

S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: “Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”x9d.

S. Lavrov iddia edib ki, “Su24”x9d Suriyada “İŞİD”x9din neft yataqlarına zərbə endirdikdən sonra vurulub. O, Türkiyə ilə müharibəyə hazırlaşmadıqlarını da əlavə edib. Nazir Türkiyə ilə münasibətlərə ciddi şəkildə yenidən baxacaqlarını vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO