Podmoskovyedə sanki közərən qığılcımdan alovlanan simurq quşu kimi əfsanəvi Çerkizon meydana çıxıb. Eyni sahiblər, eyni qarışıqlıq, eyni çirkab, fərq yalnız ondadır ki, “Çerkizovsk”x9dda pal-paltar satılırdısa, “Food City”x9ddə ərzaq və tərəvəz satılır. REN TV müxbiri əslən Azərbaycanın Quba rayonundan olan Qod Nisanov və Zarah İliyevə məxsus “Food City”x9d ticarət mərkəzini belə təsvir edir.
Oxu.Az xəbər verir ki, bu ticarət mərkəzində daima qalmaqallı hadisələr baş verir. Bir neçə həftə öncə Moskva vilayətində saxta spirtli içkidən azı 4 nəfər ölüb. Qalanları isə reanimasiyaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki, həmin saxta mal Kalujsk vilayətində “Food City”x9d-dən, əslən azərbaycanlı olan satıcıdan alınıb. Dindirilmə zamanı bu azərbaycanlı anidən rus dilini unudub.
Ərzaqlarla vəziyyət heç də bundan fərqli deyil. Bazara hər gün dünyanın müxtəlif ölkələrindən meyvə-tərəvəz daşınır. Və bazar rəhbərliyi mal sahiblərini sertifikatla təchiz edir ki, sonradan onların məhsulları başqa bazarlarda, marketlərdə satıla bilsin.
Biznesin aparılması üsulları yaxşı məlumdur. Eyni vəziyyət əfsanəvi Çerkizov bazarında da hakim idi. Əslində “Food City”x9d-nin sahibləri - milyarderlər Qod Nisanov və Zarah İliyevin özləri də “Çerkizovsk”x9da yad deyil. Onlar vaxtilə Telman İsmayılovun ortaqları idi. Hazırda isə onlar Moskvanın bütün topdansatış meyvə-tərəvəz və ərzaq bazarını əllərində cəmləşdiriblər.
Qod Nisanov və Zarah İliyev daşınmaz əmlak maqnatlarıdır, ancaq Telman İsmayılovdan fərqli olaraq öz pullarını sağa-sola səpələyib özlərini reklam etmək istəmirlər. Əsasən kölgədə qalmağa üstünlük verirlər. Onların Kiyev vağzalındakı “Yevropeyski”x9d TM, Lyublinoda “Moskva”x9d TM, Prajski küçəsində “Elektronnı ray”x9d və Çeremuşkidə “Panorama”x9d TM-ə rəhbərlik etdikləri məlumdur.
Ekspertlər hesab edirlər ki, biznesi müxtəlif səviyyəli məmurların qəyyumluğu olmadan aparmaq mümkün deyil.
“Nisanov və İliyevin əhvalatı göstərir ki, biznesə nəzarət edən insanlar var, bu əhvalat bizə məmurlarla razılığa gəlindiyini göstərir. Belə ki, bizdə inşaata necə icazə verildiyi məlum deyil”x9d, Rusiyanın rüşvətxorluqla mübarizə komitəsinin sədri Kirill Kabanov bildirib.































































































