Son Dəqiqə! Ukrayna Rusiyanın hərbi aerodromuna PUA zərbəsi endirdi - 3 hərbçi həlak oldu - FOTO

Son Dəqiqə! Ukrayna Rusiyanın hərbi aerodromuna PUA zərbəsi endirdi - 3 hərbçi həlak oldu - FOTO

Hazırda oxunan: Son Dəqiqə! Ukrayna Rusiyanın hərbi aerodromuna PUA zərbəsi endirdi - 3 hərbçi həlak oldu - FOTO

108033

Ukrayna ordusunun Rusiyanın  Ryazan vilayətindəki "Dyagilevo" və Saratov vilayətindəki "Engels" Hərbi Kosmik Qüvvələrinin aerodromuna PUA hücumu nəticəsində 3 hərbçi həlak olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib. 

Məlumata görə, hücum nəticəsində daha 4 rusiyalı hərbçi yaralanıb və xəstəxanaya yerləşdiriliblər. 

Onun sözlərinə görə, Rusiyaya məxsus 2 təyyarə zədələnib. 

Bildirilib ki, hücum Sovet istehsalı Tu-141 "Strizh" PUA-sı ilə həyata keçirilib və bu, təxminən 650 km ərazini sərbəst qət edib. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO