KTMT-nin Ermənistana yardım istəyi ÜRƏYİNDƏ QALDI - Tədbirlər planı QƏBUL EDİLMƏDİ  

KTMT-nin Ermənistana yardım istəyi ÜRƏYİNDƏ QALDI - Tədbirlər planı QƏBUL EDİLMƏDİ  

Hazırda oxunan: KTMT-nin Ermənistana yardım istəyi ÜRƏYİNDƏ QALDI - Tədbirlər planı QƏBUL EDİLMƏDİ  

108015

"KTMT Şurasının Ermənistana yardım göstərilməsi ilə bağlı tədbirlər haqqında qərar layihəsinin imzalanmasına ehtiyac var və bu, respublikanın mənafeyi üçün olduqca vacibdir”. 

Bizim.Media xəbər verir ki, bunu KTMT-nin baş katibi Stanislav Zas Moskvada təşkilatın Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib. 

“Dövlət başçılarının tapşırığına əsasən Ermənistanda təşkilatımızın baş katibi və Operativ Qərargah rəisinin rəhbərlik etdiyi monitorinq missiyası işləyib. Bu işin nəticəsi olaraq, Şuranın noyabrın 23-də keçirilən sessiyasında baxılan “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər” haqqında Kollektiv Təhlükəsizlik Şurasının qərar layihəsi hazırlanıb. Lakin KTMT dövlətlərinin mövqeləri fərqli olduğuna görə, bu layihənin qəbulu mümkün olmadı”, - deyə baş katib qeyd edib. 

Zas Ermənistan-Azərbaycan sərhədində vəziyyətin ağır olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, KTMT-yə üzv ölkələrin regiondakı vəziyyətlə bağlı müxtəlif qiymətləndirmələrinə baxmayaraq, bütün dövlətlər hazırkı şəraitdə Ermənistanın risk və təhdidlərlə üzləşdiyi qənaətindədir:

“Buna görə də Ermənistana yardım göstərmək üçün tədbirlər paketi hazırlanıb. Paketə daxil olan altı bənd bütün dövlətlər tərəfindən təsdiqlənib. Bu, kifayət qədər ciddi tədbirlər paketidir.

Xüsusilə, buraya Ermənistanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlavə siyasi və diplomatik işlərin aparılması, onun işçi qruplarının sərhəd boyu kritik zonalarda yerləşdirilməsini nəzərdə tutan monitorinq missiyasının daha iki ay müddətinə uzadılması, habelə hərbi-texniki yardımın göstərilməsi aid idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO