Rusiyadan Tehrana etirazları yatırmaq üçün SİLAH DAŞINIR 

Rusiyadan Tehrana etirazları yatırmaq üçün SİLAH DAŞINIR 

Hazırda oxunan: Rusiyadan Tehrana etirazları yatırmaq üçün SİLAH DAŞINIR 

107908

Rusiyanın hərbi təyyarəsi Tehran hava limanına şübhəli eniş edib. Məlumatlı mənbələrin dekabrın 4-də verdiyi xəbərə görə, Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus Tupolev təyyarəsinin dekabrın 3-ü səhər Tehranın Mehrabad hava limanına eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.

Məlumatda qeyd olunur ki, Tupolev (TU-154M) təyyarəsinin (RFF7971 nömrəli) İranda xalq etirazlarını yatırmaq üçün avadanlıq daşıdığı və içərisində bir sıra rusiyalı hərbi məsləhətçilərin olduğu bildirilir.

Sözügedən təyyarə gecə boşaldılıb və dekabrın 4-ü axşam saatlarında Tehrandan Moskvaya yola düşüb.
Etirazları dağıtmaq vasitələrinə motosikletlər, iğtişaşlara qarşı geyim və dəbilqələr, naqilsiz rabitə, qalxanlar, elektrik şokedici, “peyntbol” silahları, saçma güllələr və müxtəlif gözyaşardıcı qazlar daxildir.

Təyyarənin dayanması və boşaldılması zamanı hava limanının ərazisi tamamilə mühafizə altına alınıb və orada yalnız SEPAH qüvvələri və bir neçə yüksək rütbəli polis əməkdaşı olub.

Qeyd edək ki, İranda etirazların davam etməsi ilə noyabrın ortalarında Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana gedərək İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO