Baydendən Zelenskiyə eyham: “Putinlə danışıqlara başlamaq lazımdır”

Baydendən Zelenskiyə eyham: “Putinlə danışıqlara başlamaq lazımdır”

Hazırda oxunan: Baydendən Zelenskiyə eyham: “Putinlə danışıqlara başlamaq lazımdır”

107816

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə dialoqa başlamağın vacibliyinə işarə vurub.

Bizim.Media gazeta.ru saytına istinadən xəbər verir ki, bu barədə Cons Hopkins Beynəlxalq Araşdırmalar Məktəbinin əməkdaşı Cozef İoffe “Time” jurnalı üçün yazdığı məqalədə yazıb.

Onun sözlərinə görə, Ağ Ev rəhbəri Ukrayna liderinə “incə eyham” edib ki, Rusiya prezidenti Vladimir Putinlə “söhbətə başlamağın vaxtı çatıb”.

Müəllifin fikrincə, Zelenskinin Qərbdəki “mehriban dostları” öz eqoist maraqlarını güdən Kiyev hakimiyyətini növbəti eskalasiyadan saxlayır.

Onun sözlərinə görə, bu, çox güclü arsenala malik olan təhlükəli ruslarla “ölümcül münaqişəyə cəlb edilməmək” üçündür.

“Kim Kiyev üçün ölmək istəyər? Yoxsa Rusiya qazının Avropaya tədarükü azaldığı bir vaxtda donmaq istəyər? Paris və Berlin ilk gündən danışıqlarda vasitəçi kimi çıxış etməyə çalışıblar”, - ekspert qeyd edib.
Onun fikrincə, Qərb ölkələrinin liderləri bəlkə də doqquz aydan sonra müharibədən yorulublar. Eyni zamanda, İoffe qeyd edib ki, ABŞ-da Respublikaçılar Partiyasının üzvlərininin içərisində ölkənin Ukrayna münaqişəsində iştirakına qarşı çıxanların sayı artıb.

Vaşinqton və müttəfiqlərinin bəyanatlarına baxmayaraq Qərb Kiyevə nə edəcəyi  barədə diktə etməyəcək, çünki strateji reallıqlar Ukraynanın xeyrinə deyil.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO