Kreml hazırda sülh danışıqlarına hazır deyil - Viktoriya Nuland

Kreml hazırda sülh danışıqlarına hazır deyil - Viktoriya Nuland

Hazırda oxunan: Kreml hazırda sülh danışıqlarına hazır deyil - Viktoriya Nuland

107763

Rusiyanın davranışı göstərir ki, Kreml indi sülh danışıqlarına tamamilə hazır deyil.

Bizim.Media “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib.

“Prezident Bayden dedi ki, əgər Putin ciddi olsaydı, onunla açıq şəkildə danışardı. Və sonra Kreml nə qədər qeyri-ciddi olduqlarını açıqladı və bildirdi ki, ilkin şərt bizim onların işğal etdiyi ərazilərin ilhaqını tanımağımızdır. O zaman planetin 143 ölkəsi Putinin ilhaqına “yox” dedi”, - Nuland bildirib.

Onun sözlərinə görə, diplomatiya hər kəsin son məqsədidir, lakin buna can atan tərəfdaş da olmalıdır.

"Putin səmimi insan deyil", - ABŞ dövlət katibinin müavini vurğulayıb.

O əlavə edib ki, müharibənin əvvəlində dünyada müəyyən çaşqınlıqlar olsa da, Rusiyanın davranışı günü-gündən, həftədən-həftədən getdikcə daha çox insanda və dünya ölkələrində burada baş verənlər haqda aydın təsəvvür yaradır.

“Putin belə qəddar olmasaydı, 143 ölkə Ukrayna ərazilərinin ilhaqına yox deməzdi. Eyni zamanda, onların dövlət dezinformasiya aparatı güclüdür və çox yaxşı maliyyələşdirilir. Onlar hər şeydən, o cümlədən pravoslav kilsəsindən də istifadə edirlər”, - Nuland bildirib.
ABŞ dövlət katibinin müavininin sözlərinə görə, bu yaxınlarda Afrikaya iki səfəri zamanı görüb ki, Afrika ölkələri artıq ərzaq böhranının səbəbinin Rusiyanın Ukraynaya təcavüzü olduğunu daha yaxşı başa düşürlər.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO