Makron Putinlə danışığa İSRAR EDİR – Putin isə… 

Hazırda oxunan: Makron Putinlə danışığa İSRAR EDİR – Putin isə… 

107699

Fransa Prezidenti Emanuel Makron Rusiya rəhbəri Vladimir Putinlə danışıqda israrlıdır.

Bizim.Media xəbər verir ki, o, MAQATE-nin baş direktoru ilə söhbətindən sonra Putinlə Zaporojye atom elektrik stansiyası ilə bağlı vəziyyəti müzakirə etmək niyyətindədir.

Fransa rəhbərinin sözlərinə görə, Avropanın gələcək təhlükəsizlik məsələsində Rusiya üçün təminatlar olmalıdır.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə ölkə mediasına açıqlamasında Putin və Makron arasında telefon danışığı üçün dəqiq tarixin müəyyənləşmədiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Makron Rusiya rəhbəri ilə  telefon danışığının məğzini elan etdiyinə görə, Putin ona inamının itdiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO