Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: Səbəblər və perspektivlər - TƏHLİL 

Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: Səbəblər və perspektivlər - TƏHLİL 

Hazırda oxunan: Ermənsitan-Hindistan hərbi əməkdaşlığı: Səbəblər və perspektivlər - TƏHLİL 

107629

Son aylar Ermənistan-Hindistan əlaqələrində yüksək intensivlik müşahidə edilməkdədir. 

Bizim.Media Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi nə (CQTM) istinadən xəbər verir ki, sentyabrda Hindistanın BMT-də nümayəndə rəhbəri Tirimurti TŞ iclasında ölkəmizi təcavüzdə ittiham etmiş, bir ay sonra Ermənistan və Hindistan müdafiə nazirləri, noyabrda təhlükəsizlik katibləri ikitərəfli və Hindistanın Xarici Kəşfiyyat Xidmət rəhbərinin iştirakı ilə üçtərəfli görüş keçirmiş və təhlükəsizlik sferasında mövcud razılıqların tezliklə gerçəkləşdirilməsi üzrə razılıq əldə etmişdilər. 

Danışıqların nəticəsi kimi, sentyabrın sonu Hindistan Ermənistana $240 mln. dəyərində “Pinaka” raketləri, tankəleyhinə sistemlər və digər sursatları satdı.

Ermənistanın Hindistandakı səfiri hərbi əməkdaşlığın bununla bitmədiyini və tezliklə hamının uzun sürəcək əməkdaşlığın nəzərəçarpacaq nəticələrini görəcəyini bildirdi. Bu bəyanatdan sonra Hindistanın “Solar group” müdafiə şirkəti Ermənistandan yeni partiya “Pinaka” raket sistemləri sifarişini aldığını bildirdi. Hökümətə yaxın “ThePrint” nəşri “Akaş” zenit-raket komplekslərinin, hind istehsallı dronların və digər sursatların satılması üzrə də razılığın olmasından xəbər verdi. 

SƏBƏBLƏR

İlin sonuna qədər sülh sazişini imzalamaq istəməyən, Bakının adekvat cavab tədbirlərindən ehtiyat edən və Azərbaycanla mövcud hərbi disbalansı qismən tarazlamaq istəyən İrəvan Hindistanla yaxınlığa can atır.

Bu yaxınlığa Rusiya ilə mövcud gərginlik də təsir göstərir. Son aylar Paşinyan dəfələrlə Rusiyanın Ermənistana silah tədarükü üzrə öhdəliklərini yerinə yetirmədiyini təkrarlayıb. Erməni mənbələrinə görə 2021-ci ilin avqustunda Ermənistan Rusiya ilə $500 mln. dəyərində silah müqaviləsi imzaladı. Məbləğin 80%-i öncədən ödənilsə də Rusiya Ermənistana silah göndərmədi və bir müddət sonra ödənilən pulu geri qaytardı. 

İqtidara yaxın nəşrlərə (Economic Times, ThePrint, İndian Narrative, The Hindu) əsasən Türkiyə-Azərbaycan-Pakistan tərəfdaşlığı, “üç qardaş” hərbi təlimləri, Azərbaycanın Pakistandan çin istehsallı JF-17 qırıcı təyyarələri almaq istəməsi, Anakara və Bakının Kəşmir məsələsində Pakistanı dəstəkləməsi Nyu-Dehlini narahat olmağa məcbur edir.
Cənubi Qafqazda özünü effektiv göstərən koalisiya, “Pakistanın işğalı altında olan Kəşmir də daxil olmaqla, digər teatrlarda birgə fəaliyyəti üçün zəmin yarada bilər”. Məsələyə geosiyasi balans prizmasından yanaşan Hindistan, üç qardaş koalisiyasının “Avrasiyada tam qələbəsini inkar etməklə onların Cənubi Asiyadakı planlarını ləngitmək və puç etmək” istəyir.  

Geoiqtisadi cəhətdən Hindistan Fars körfəzi-Qara dəniz nəqliyyat marşrutu vasitəsilə Avropaya qısa yol əldə etmək istəyir. İranda Çabahar limanını inkişaf etdirən Hindistan, Zəngəzur dəhlizi ilə  Fars körfəzi-Qara dəniz marşrutunu bir-birinə zidd layihələr kimi nəzərdən keçirdir. Erməni təbliğatının təsirinə düşən Hindistan rəsmiləri Azərbaycanın zorakı yolla Zəngəzuru ələ keçirəcəyini düşünür və bunu qabaqlamaq üçün Ermənistanı silahlandırmağa çalışır. 

SİPRİ-yə görə 2017-2021-ci illərdə dünyada əsas silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Çin, Almaniya, İtaliya, Birləşmiş Krallıq və Cənubi Koreya idi. Hindistanın adı bu siyahıda yoxdur. Ona görə də Hindistan Ermənistan tərəfdən gələn sifarişləri yerinə yetirməklə dünya silah bazarında öz payını artırmağa çalışır. 
Rusiya ilə əməkdaşlığa görə Qərb tərəfindən tənqid olunan Hindistan, buna Qərbi “təcavüzkar” Bakı ilə əməkdaşlıqda ittiham etməklə cavab verir. Ermənistanla əlaqələrinin inkişafında baş nazir N.Modinin passionarlığı və anti-islam baxışları da müəyyən rol oynayır. 

PERSPEKTİVLƏR

Görünən odur ki, iki ölkə arasında hərbi əməkdaşlıq yaxın perspektivdə daha da inkişaf edəcəkdir. Hindistanın Ermənistanda sabiq səfiri R.Pandey gələcəkdə iki ölkə zabitləri arasında təcrübə mübadiləsinin və birgə hərbi təlimlərin keçirilməsini mümkün sayır.

Gerçəklik isə budur ki, Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Hindistanın təşəbbüsü ilə yaradılsa da, Hindistan bu təşkilatın prinsiplərini pozan əsas ölkələrdən birinə çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO