Avropa Komissiyasından Rusiyaya SƏRT QƏRAR - Sanksiyaların pozulmasına görə cəzalar VERİLƏCƏK

Avropa Komissiyasından Rusiyaya SƏRT QƏRAR - Sanksiyaların pozulmasına görə cəzalar VERİLƏCƏK

Hazırda oxunan: Avropa Komissiyasından Rusiyaya SƏRT QƏRAR - Sanksiyaların pozulmasına görə cəzalar VERİLƏCƏK

107569

Avropa Komissiyası sanksiya pozuntularının araşdırılmasını, təqib edilməsini və cəzalandırılmasını asanlaşdıracaq ümumi qaydalar siyahısı təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

“Rusiyanın Ukraynaya təcavüzü davam edərkən, ən başlıca tələb Avropa İttifaqının (Aİ-nin) məhdudlaşdırıcı tədbirlərinin tam şəkildə həyata keçirilməsidir və bu tədbirlərin pozulması hallarında heç bir cəza tədbiri tətbiq olunmur”, - deyə məlumatda qeyd olunub.
Komissiyanın təklifi bütün üzv dövlətlərdə məhdudlaşdırıcı tədbirlərin pozulmasının təhqiqatını, təqibini və cəzalandırılmasını asanlaşdırmaq üçün Aİ-nin ümumi qaydalarını müəyyən edir.

Məlumatda Aİ sanksiyalarını pozan cinayət tərkibli davranışların siyahısı əks olunub:

Konkret şəxsin, təşkilatın və ya orqanın çıxışı və ya istifadəsi üçün vəsaitlərin və ya iqtisadi resursların təmin edilməsi;

Bu vəsaitlərin dondurulmaması;

Müəyyən şəxslərin Üzv Dövlətin ərazisinə daxil olmasına və ya Üzv Dövlətin ərazisindən tranzit keçməsinə şərait yaratmaq;

Aİ sanksiyaları ilə qadağan edilmiş və ya məhdudlaşdırılmış üçüncü ölkələrlə əməliyyatların həyata keçirilməsi;

İdxalı, ixracı, satışı, əldə ölunması, ötürülməsi, tranziti və ya daşınması qadağan edilən və ya məhdudlaşdırılan birbaşa mal və ya bununla bağlı xidmətlərin ticarəti;

Qadağan edilmiş və ya məhdudlaşdırılmış maliyyə fəaliyyətinin təmin edilməsi;

Hüquqi, vergi xidmətləri kimi digər qadağan edilmiş və ya məhdudlaşdırılmış xidmətlərin göstərilməsi.

Qeyd olunub ki, pozuntular həmçinin vəsaitlərin gizlədilməsi yolu ilə Aİ-nin məhdudlaşdırıcı tədbirlərindən yayınmağa da aid ediləcək.

Bildirilib ki, cinayətin növündən asılı olaraq, şəxs ən azı beş il müddətinə azadlıqdan məhrum edilə, yaxud şirkətlər cərimə haqqında qərarın qəbulundan əvvəlki iş ili üçün hüquqi şəxsin (şirkətin) ümumi qlobal dövriyyəsinin ən azı 5%-i miqdarında cərimə edilə bilər.
Qeyd edək ki, Avropa Komissiyasının bu təklifi Avropa Parlamenti və Avropa Şurası tərəfindən müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO