Ukraynada Qostomeldəki binanın fasadından küçə rəssamı Benksinin qraffitisi sökülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Ukraina seyças” məlumat yayıb.
Qeyd olunub ki, əfsanəvi rəssamın əsərlərinin üz fasadı əvvəlcə yandırılıb, daha sonra isə penoplast sökülərək oğurlanıb.
İlkin məlumata görə, hadisəni törədən şəxslər tutulub.
Qeyd edək ki, əfsanəvi küçə rəssamı Benksi bir neçə gün öncə ölkənin mərkəzi küşələrindəki əhəmiyyətli binalarda “Ukrayna xalqı ilə həmrəylik” adlı qraffiti üslubunda əsərlər yaradıb və bunu şəxsi “Instagram” hesabında yayımlayıb.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media