Çexiyada yaşayan fəallardan hökumətə ÇAĞIRIŞ – “Rusları “öz dillərində” başa salmaq lazımdır”

Çexiyada yaşayan fəallardan hökumətə ÇAĞIRIŞ – “Rusları “öz dillərində” başa salmaq lazımdır”

Hazırda oxunan: Çexiyada yaşayan fəallardan hökumətə ÇAĞIRIŞ – “Rusları “öz dillərində” başa salmaq lazımdır”

107561

Çexiyada “Ukraynaya silah” təşəbbüsünün fəalları etiraz aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Oleksiy Reznikov rəsmi “Twitter” hesabında məlumat verib.

O bildirib ki, fəallar Çexiya hökumətini Rusiya səfirliyinə məxsus bütün binalara elektrik enerjisi və suyun verilməsini dayandırmağa çağırıblar.

“Fəallar təklif edirlər ki, rusiyalı diplomatlar Ukraynanın mühüm infrastrukturlarının bombalanmasının nəticələrini öz üzərlərində hiss etsinlər”,- deyə nazir qeyd edib.
Qeyd edək ki, Rusiya Ukrayna ilə davam edən müharibə nəticəsində ölkənin mülki infrastrukturlarına ciddi ziyan vurub. Belə ki, Ukraynanın elektrik enerjisi xəttləri və su stansiyaları atəşə tutulub, nəticədə bir çox ərazilərdə əhali işıqsız və susuz qalb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO