Ukraynanın Çexiyadakı konsulluğuna şübhəli bağlama göndərildi - Bina BOŞALDILDI

Ukraynanın Çexiyadakı konsulluğuna şübhəli bağlama göndərildi - Bina BOŞALDILDI

Hazırda oxunan: Ukraynanın Çexiyadakı konsulluğuna şübhəli bağlama göndərildi - Bina BOŞALDILDI

107516

Ukraynanın Çexiyanın Brno şəhərindəki konsulluğuna şübhəli bağlama göndərilib və bu səbəbdən də konsulluğun əməkdaşları təcili təxliyə olunub.

Bizim.Media “novinky.cz”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər. 

Əlavə olunub ki, Brno şəhərindəki konsulluqdan 6 nəfər təxliyə olunub, bina, ətrafı və yaxınlıqdakı uşaq bağçası boşaldılıb. 

Xatırladaq ki, noyabrın 30-da Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, nəticədə təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Partlayıcı qurğu Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevə ünvanlanmış məktubda olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO