“Rusiyanı məsuliyyətə cəlb edəcəyik” - Bayden 

Hazırda oxunan: “Rusiyanı məsuliyyətə cəlb edəcəyik” - Bayden 

107403

“Putin uğur qazana bilməyəcək, biz Rusiyanı məsuliyyətə cəlb edəcəyik”.  

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Fransa rəhbəri Emanuel Makronla görüş sonrası birgə mətbuat konfransında bildirib. 

“Putin öz imperiya ambisiyalarına qarşı çıxanların hamısının iradəsini qıra biləcəyini düşünür. Lakin Ukraynada mülki infrastruktura hücum etmək, qiymətləri artırmaq üçün Avropanın enerji təchizatını kəsmək, ərzaq böhranının intensivləşməsi təkcə Ukraynada deyil, bütün dünyada insanlara zərər vurur. Ancaq Putin uğur qazana bilməyəcək”, - deyə Bayden qeyd edib. 

O bildirib ki,  ABŞ Fransa ilə Rusiya-Ukrayna  müharibəsinin bütün dünyaya qlobal təsirini yumşaltmaq üçün birgə fəaliyyət göstərməyə davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO