Ukraynanın iki səfirliyi təhdid məktubları alır - Kuleba 

Ukraynanın iki səfirliyi təhdid məktubları alır - Kuleba 

Hazırda oxunan: Ukraynanın iki səfirliyi təhdid məktubları alır - Kuleba 

107371

Ukraynanın iki səfirliyi təhdid məktubları alıb. 

Bizim.Media “Ukrinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib. 

“Madriddə baş verənlərdən əlavə, partlayıcı maddələrlə bağlı olmayan, lakin Ukrayna səfirliklərinə çox konkret təhdidlərin olduğu digər narahatedici hadisələr də baş verib”, - deyə Kuleba bildirib. 

Kuleba səfirlik əməkdaşlarının hansı təhdidləri aldığını, eləcə də bu diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrin adını açıqlamayıb. 

Nazir bildirib ki, bütün bu hadisələri nəzərə alaraq, məqsədli şəkildə genişmiqyaslı kampaniyanın aparıldığını iddia etmək üçün əsas var və Ukrayna XİN-ni tezliklə bu məsələ ilə bağlı rəsmi açıqlama verəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO