Pakistan Bankları Azərbaycanda filial aça bilər

Pakistan Bankları Azərbaycanda filial aça bilər

Hazırda oxunan: Pakistan Bankları Azərbaycanda filial aça bilər

107343

Pakistan Milli Bankı Bakıdakı filialını bağlasa da, digər Pakistan banklarının Azərbaycan bazarına marağı var və onlar burada filial açmaqla bağlı danışıqlar aparır. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu açıqlamasında Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhattin deyib. 

Bundan başqa, onun sözlərinə görə, iki ölkə sığorta sahəsində də əməkdaşlıq edə bilər:

"Azərbaycan və Pakistanın sığortaçılar assosiasiyaları arasında danışıqlar gedir. Onlar Anlaşma Memarandumu imzalaya və əməkdaşlıq edə bilər. Sığorta xidmət sektorunun böyük hissəsini təşkil edir.  Dekabrda bununla bağlı görüşün keçirilməsi planlaşdırılır". 

"Pakistanın lizinq şirkətləri də Azərbaycanda fəaliyyətə maraq göstərir. Bununla bağlı görüşlər isə gələn ilin fevral ayına nəzərdə tutulub", - deyə Xurram Javaid Bhattin əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO