ABŞ Çinin Sincan Uyğur Muxtar Bölgəsindəki uyğurların vəziyyətindən bir daha narahat olduğunu dilə gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası verib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ Çini açıq konfliktə təhrik edir
Rəsmi Vaşinqton qadınlara qarşı "sistematik təcavüz və cinsi istismar" xəbərlərinə diqqət çəkib.
Söhbət Sincanda etnik uyğurların və digər müsəlmanların düşərgələrindəki şiddətdən gedir.
"ÇXR səlahiyyətliləri beynəlxalq müşahidəçilərə bu şok iddialarla yanaşı Sincanda törədilən digər vəhşiliklər barədə də dərhal və müstəqil araşdırmalar aparmasına icazə verməlidir". ABŞ Dövlət Departamenti belə deyib.
Xatırladaq ki, BBC telekanalı Sincan islah düşərgələrində qadınlara təcavüz və işgəncə verildiyini bildirən reportaj hazırlayıb.
Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi reportajın fakta əsaslanmadığını bildirib.
Çində hesab edirlər ki, jurnalistlər aktyorları lentə alıblar və cinsi istismara dair yalan məlumatlar veriblər.
Bizim.Media