“Ukrayna nəhəng bir ölkədir, mənasız şəkildə nəhəngdir, onun ərazisini azaltmaq lazımdır. Biz bunu hazırda uğurla həyata keçiririk”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Rossiya 1” telekanalının canlı efirində milliyətcə erməni olan rusiyalı jurnalist Marqarita Simonyan səsləndirib.
Onun sözlərinə görə, Kiyevin işıqsız qalmağına görə heç kəs qorxmasın:
“Ümumiyyətlə, Haaqa məhkəməsindən də qorxmayın. Qorxmalıyıq ki, uduzacağıq və o zaman fəlakət olacaq”.
Daha ətraflı videoda:
Bizim.Media