Tatarıstanın idman naziri ASAPES-in qonağı oldu - FOTO 

Tatarıstanın idman naziri ASAPES-in qonağı oldu - FOTO 

Hazırda oxunan: Tatarıstanın idman naziri ASAPES-in qonağı oldu - FOTO 

106802

Azərbaycana rəsmi səfərə gələn Tatarıstanın idman naziri Vladimir Leonov işgüzar görüşlər çərçivəsində Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olub. 

ASAPES-dən Bizim.Media-ya verilən məlumata görə, akademiyanın rektoru Fuad Hacıyev qonağı Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edib.  

O, V.Leonova hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib. 

Qonaqlar akt zalında Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 3-cü tədris ilinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş “Onurğa reabilitasiyası, müdaxilələr” mövzusunda seminarı da izləyiblər.

R.Yahoda qonaqlara proqramın əsas üstünlükləri ilə bağlı məlumat verərək onun ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışıb. 

Rusiya nümayəndə heyətinə ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra tədbir konfrans zalında davam etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara akademiyanın hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib. 

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, ASAPES-in prorektorları Almaz Ələkbərova və Rizvan Əliyev, həmçinin “İdman tibbi və reabilitasiya” magistr proqramının koordinatoru Zərifə Kamilova da iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO