Britaniyalı səfirdən Gəncə ləhçəsində MÜSAHİBƏ - “Hamınızın qadanızı alım” - VİDEO 

Britaniyalı səfirdən Gəncə ləhçəsində MÜSAHİBƏ - “Hamınızın qadanızı alım” - VİDEO 

Hazırda oxunan: Britaniyalı səfirdən Gəncə ləhçəsində MÜSAHİBƏ - “Hamınızın qadanızı alım” - VİDEO 

106790

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould Gəncə şəhərinə səfər edib. 

Bizim.Media xəbər verir ki, səfir səfərinin səbəbi ilə bağlı “İctimai Televiziyaya” Azərbaycan dilində video müsahibə verib. 

O bildirib ki, Gəncəyə ilk dəfə tələbə kimi gəlib və yerli ailənin evində qalaraq Azərbaycan dilini öyrənib:

“Hamınızın qadanızı alım, mən - Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould, Gəncəyə ikinci səfərimi etdim, ilk dəfə buraya yanvar və fevral aylarında tələbə kimi gəlmişəm. İndi isə səfir və dost kimi gəlmişəm”. 

Səfir qeyd edib ki, Gəncəyə ikinci gəlişinin 3 məqsədi var – təhsil, ətraf-mühit, qadınlara dəstək:

“İlk məqsədimizə ingilis dilində təhsil proqmanı daxildir. Bu proqramın məqsədi müəllimlərə dəstək olmaqdır. Proqramın Elm və Təhsil Nazirliyi, Gəncə şəhər Təhsil İdarəsi, “British Petrolium” (“BP”) və “British Counsil” kimi əhəmiyyətli əməkdaşları var. İkinci səbəbimiz Gəncədə ətraf-mühitin mühafizəsidir və bu məqsədlə şəhərdə “BP” şirkəti ilə birgə ağac əkmə aksiyasında iştirak etdim”. 

Səfir bildirib ki, səfərinin üçüncü məqsədi – qadınlara dəstək çərçivəsində Tərtər rayonunda “Qadın resurs mərkəzinə baş çəkəcək. 

Səfirin Azərbaycan dilində müsahibəsindən tam video materialı təqdim edirik: 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO