Türkiyə Suriya və İraqda quru əməliyyatlarına BAŞLAYIR

Türkiyə Suriya və İraqda quru əməliyyatlarına BAŞLAYIR

Hazırda oxunan: Türkiyə Suriya və İraqda quru əməliyyatlarına BAŞLAYIR

106670

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirəcəyi ehtimal edilən quru əməliyyatlarının ilk hədəfinin Ayn Əl-Ərəb, Münbiç və Tel-Rıfat olacağı gözlənilir.

Bizim.Media “Milliyyət”ə istinadən xəbər verir ki, ABŞ və Rusiya PKK/YPG terror təşkilatına sərhəd xəttindən 30 kilometr məsafədə geri çəkilməsi üçün təzyiqləri artırıb. 

Bu, Türkiyənin tələblərinin yerinə yetirilməsi ilə bağlıdır. ABŞ-ın tələblərinə görə, terror təşkilatları 30 kilometr geri çəkilməli və bundan sonra əraziyə ABŞ hərbçiləri yerləşdirilməlidir: 

“Ankara bu plana müsbət yanaşmır. ABŞ-ın ərazidə hərbi cəhətdən güclənməsi davam edir”.

Nəşr yazır ki, xüsusilə Tel–Rıfat strateji əhəmiyyətə malik ərazidir. Ona görə də, ilkin hədəf kimi nəzərdə tutulub. İddialara görə, məsələ ilə bağlı ərazidəki Rusiyanın hərbi nümayəndələri ilə məsləhətləşmələr aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO