Qırğızıstan deputatı Qazaxıstanla sərhəddə yoxa çıxdı

Qırğızıstan deputatı Qazaxıstanla sərhəddə yoxa çıxdı

Hazırda oxunan: Qırğızıstan deputatı Qazaxıstanla sərhəddə yoxa çıxdı

106575

Qırğız Respublikasının deputatı Elvira Surabaldiyeva həmkarı Çingiz Aydarbekovun itkin düşdüyünü, deputat Emil Jamqırçiyevin isə Qazaxıstanla sərhəddə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) tərəfindən saxlanıldığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, dəfn mərasiminə iki kişi gedib. Amma Qazaxıstanla sərhəddə yerləşən “Ak Jol” keçid məntəqəsində məlum olub ki, Jamqırçiyevin çıxışına qadağa qoyulub.

O, deputatın MTDK tərəfindən saxlanıldığını, lakin bir müddət sonra sərbəst buraxıldığını deyib.

“Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən bəri əlaqə yoxdur. MTK isə susur”, deyə o, qeyd edib.
Sputnik Qırğızıstan yazır ki, MTDK-nın mətbuat xidmətindən hələlik şərh almaq mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO