Kinoloq itlərin sədaqəti haqqında mifin yalan olduğunu dedi

Kinoloq itlərin sədaqəti haqqında mifin yalan olduğunu dedi

Hazırda oxunan: Kinoloq itlərin sədaqəti haqqında mifin yalan olduğunu dedi

106544

Kinoloq, kənd təsərrüfatı elmləri namizədi, Moskva Kənd Təsərrüfatı Akademiyasının eksperti Yekaterina Gimazitdinova itin sədaqəti haqqında mifi dağıdıb. Onun sözlərinə görə, bədii ədəbiyyat və kino ev heyvanlarının xarakteri və imkanları haqqında yanlış təsəvvür yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, “Moslenta ilə” proqramında danışıb.

Mütəxəssis vurğulayıb ki, heyvanların beyni fərqlidir, onlar küskünlük, paxıllıq, həya, utanma, nifrət, sədaqət və bağlılıq kimi mürəkkəb duyğuları yaşaya bilməzlər. 

“İtlər sahiblərinə çox bağlıdırlar, çünki onlar üçün biz güclü bağların qurulduğu sürünün üzvləriyik. Bundan əlavə, insan bütün zəruri resursların mənbəyidir: yemək, su, istilik, qayğı. Amma bunu bizim insani qavrayışımızda sədaqət adlandırmaq olmaz”, - deyə Gimazitdinova izah edib.
Nümunə kimi kinoloq uzun illər mərhum sahibini dəmiryol vağzalında gözləyən itə həsr olunmuş məşhur “Xatiko” filmini göstərib. 

“Əslində bu, sahibinə sonsuz məhəbbət və sədaqət deyil, ayrılıq narahatlığının və sərbəst olmamasının ağır bir halını nümayiş etdirir. İt onu resurslarla təmin edən şəxsə bağlanıb. Sahibinin itinə öyrətdiyi yeganə şey stansiyada yola salınmaq və görüşmək ritualı olub”, deyə Gimazitdinova heyvanın davranışından söz açıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO