“Google” şirkəti bu layihəsini dayandırır

“Google” şirkəti bu layihəsini dayandırır

Hazırda oxunan: “Google” şirkəti bu layihəsini dayandırır

106512

“Google” şirkəti hava şarlarının köməyi ilə internetə simsiz qoşulma yaratmağı hədəfləyən “Project Loon” layihəsinin fəaliyyətini dayandırır.

Bizim.Media xəbər verir ki, bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Layihənin baş direktoru Alaster Vestqart bu qərarı şirkətin lazımi sayda tərəfdaş və investor tapa bilməməsi ilə izah edib.

Bundan başqa, sözügedən layihə uzunmüddətli və dayanıqlı biznes qurmaq üçün öz xərclərini minimumadək azaltmağa nail ola bilməyib.
“Project Loon” layihəsi hələ ötən il uğurla sınaqdan keçirilib. Məsələn, Keniyada istifadəyə verilmiş 35 hava şarı yerli mobil rabitə operatorunun şəbəkələrində işləyib. Hər bir hava şarının əhatə dairəsi 80 kvadrat kilometr təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO