ABŞ-ın yeni prezidenti Co Bayden Trampın kəskin miqrasiya siyasətinin əksinə olaraq bu sahədə tətbiq edilən qaydaları asanlaşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə “Ağ Ev”in rəsmi "twitter" səhifəsində paylaşım edilib.
MÖVZU İLƏ BAĞLI:
“ABŞ-ın Cənubi Qafqazda güvənə biləcəyi tək güc Türkiyədir”- Bəs Co Bayden nə istəyir?
Bildirilib ki, Bayden vaxt itirmədən miqrasiya sistemini gücləndirmək və yenidən qurmaq üçün çalışır.
“İmmiqrantlar və ölkəyə gəlmək istəyənlər üçün viza qaydaları asanlaşdırılacaq”- deyə qeyd edilib.
Co Bayden həmçinin bu sahədə müsəlmanlara qarşı tətbiq olunan qadağaları da aradan qaldıracaq. ABŞ prezidenti onların vətəndaşlıq aktı ilə bağlı konqresə müraciət edib.
Həmçinin uşaqlı ailələrin icazə məsələlərinə baxılıb və immiqrantların bu mövzudakı çətinliklərinin həllinə başlanılıb.
Qeyd edilib ki, viza almağın asanlaşması koronavirusun ölkədə məşğulluğala vurduğu ziyanın həllinə müsbət təsir göstərəcək.
Vüqar Ağamalıoğlu, Bizim.Media