“Fransa Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləyir” – Ekspert DETALLARI AÇIQLADI 

“Fransa Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləyir” – Ekspert DETALLARI AÇIQLADI 

Hazırda oxunan: “Fransa Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləyir” – Ekspert DETALLARI AÇIQLADI 

106449

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya səfər edəcək. Səfərin tarixi isə hələlik bəlli deyil. Armen Qriqoryanın səfər çərçivəsində Paris və Berlində işgüzar görüşlər keçirəcəyi bildirilib. 

Qeyd edək ki, Armen Qriqoryan bundan əvvəl Hindistanda səfərdə olub.

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov qeyd edir ki, İrəvan indi də Fransanın atdığı sümük parçasına şirniklənib:

“Ermənistan dünya arenasında rüsvay olub. Bir çox ölkə Ermənistandan üz döndərib. 44 günlük müharibədə məğlubiyyətdən sonra bu ölkə hələ də özünə gələ bilmir.

Bu proses fonunda görürük ki, Ermənistan ciddi-cəhdlə çalışır ki, reputasiyasını bir qədər təmizləyərək, özünü yeni görkəmdə təqdim etsin. Bu mənada Paris də erməniləri qızışdırır, səhv yoldan yayındırmaq əvəzinə, onu daha da dərinə getməyə sövq edir. 

Görünən odur ki, Fransa Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləyir. Parislə İrəvan arasında razılaşmaya görə, Fransanın göndərdiyi silahlar Rumıniyanın Konstanta portundan Gürcüstanın Poti limanına qədər gətiriləcək ki, İrəvan onu maneəsiz ala bilsin.
Bu yolla Fransa Ermənistanın müdafiə və  hücum potensialını gücləndirməyə çalışır. Belə vəziyyət isə müharibəyə hazırlıq getdiyinin göstəricisidir. Azərbaycanın da bundan xəbəri var. İrəvanın növbəti dəfə müharibəyə cəhd etməsi Ermənistanın bir subyekt olaraq mövcudluğu yolunda son şansı olacaq”. 

Həmsöhbətimiz hesab edir ki, Qriqoryanın Berlinə səfəri isə Almaniyanı da anti-türk cəbhəsinə qoşmağa hesablanmış addımdır: 

“Parislə İrəvan çalışır ki, anti-türk cəbhəsinin zolağını genişləndirsinlər. Qriqoryanın Almaniyaya olan səfəri də ola bilsin bu məqsəddən qaynaqlanır. Ola bilsin ki, Almaniyada onlara qoşulacaq qüvvədən hansısa vədlər də alıblar. Amma Almaniyada Makron presedentinin təkrarlanacağına inanmıram. Çünki almanlar rasional düşünürlər. Belə də, Parislə İrəvanın Berlini də öz tərəflərinə cəlb etmək cəhdi baş tutmayacaq”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO