Amerikalı iş adamı İlon Mask ABŞ prezidentliyinə namizədlərdən kimi dəstəklədiyini açıqlayıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, o, 2024-cü ildə namizədliyini irəli sürmək qərarına gəlsə, Florida ştatının qubernatoru Ron Desantisi dəstəkləyəcək.
Milyarder qeyd edib ki, o, əvvəllər demokrat Barak Obamanı da dəstəkləyib. Həmçinin, istəksiz də olsa, demokrat Co Baydenə səs verib. Mask respublikaçı Donald Trampa isə üstünlük vermədiyini əlavə edib.
“Ancaq söz azadlığı güclü demokratiyanın əsasıdır və bu, prioritet təşkil etməlidir. Mən 2024-cü ildə prezident postuna namizəd kimi ağıllı adama üstünlük verirəm. Ümid edirdim ki, Bayden administrasiyası belə olacaq, amma indiyə qədər bununla bağlı məyusluq yaşadım”, - deyə Mask vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:05 / 26.11.2022
İlon Mask növbəti ABŞ prezidenti olaraq onu DƏSTƏKLƏYƏCƏK
Hazırda oxunan: İlon Mask növbəti ABŞ prezidenti olaraq onu DƏSTƏKLƏYƏCƏK
Hazırda oxunan: İlon Mask növbəti ABŞ prezidenti olaraq onu DƏSTƏKLƏYƏCƏK
106446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.