Ermənistanın yeni Baş prokuroru Anna Vardapetyan İqor Xaçaturovun həbs olunması barədə vəsatət qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Joqovurd” öz mənbələrinə istinadən məlumat yayıb.
Kassasiya məhkəməsi isə vəsatəti təmin etməyib.
Qeyd edək ki, İqor Xaçaturov bu ilin iyulunda həbs olunub və 2 aylıq həbsdən sonra girov qarşılığında sərbəst buraxılıb.
Saxlanılmasına səbəb isə müxalifətin 17 mayda keçirdiyi etiraz aksiyalarında iştirak etməsi və polisin əmrinə tabe olmaması göstərilib.
Xatırladaq ki, İqor Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş Baş katibi, Ermənistanın sabiq Baş qərargah rəisi Yuri Xaçaturovun oğludur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:15 / 26.11.2022
Ermənistanın Baş prokurorundan KTMT-nin baş katibi ilə bağlı QƏRAR
Hazırda oxunan: Ermənistanın Baş prokurorundan KTMT-nin baş katibi ilə bağlı QƏRAR
Hazırda oxunan: Ermənistanın Baş prokurorundan KTMT-nin baş katibi ilə bağlı QƏRAR
106429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.