Ardıcıl ikinci gündür ki, Çində koronavirusa yoluxma hallarında kəskin artım qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bununla əlaqədar Quanqdonq əyalətinin paytaxtı Quançjou şəhərində 80 min çarpayılıq karantin mərkəzinin tikintisinə başlanılıb.
Çinin Milli Səhiyyə Komissiyasının açıqlamasında bildirilir ki, 32 943 nəfərdə virus aşkar edilib.
Məlumatda qeyd olunur ki, xəstəliyin simptomları 3103 xəstədə aşkar edilib, 29 840 nəfərdə bu, asimptomatik olub.
Qeyd edək ki, Çində növbəti infeksiya epidemiyası fonunda məhdudiyyətlər tətbiq olunmağa başlayıb.
Bizim.Media