Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK 

Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK 

Hazırda oxunan: Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan XİN və nəqliyyat nazirləri GÖRÜŞƏCƏK 

106136

Sabah Qazaxıstanın Aktau şəhərində Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, sözügedən görüşdə Gürcüstanın da iştirak edəcəyi gözlənilir. 

Görüş üç ölkəni maraqlandıran məsələlər üzrə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı maraq doğuran məsələlərin təhlili, regional əlaqələrin  gücləndirilməsi məqsədi ilə təşkil olunacaq. 
Həmçinin bildirilib ki, iclasda Bakı Bəyannaməsinə uyğun olaraq, Türkiyə, Azərbaycan və Qazaxıstan torpaqlarından keçən Orta Dəhliz Marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi”nin imzalanması planlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO