Ukrayna Prezident Aparatının müşaviri yataqda jurnalist qıza müsahibə verdi – VİDEO

Ukrayna Prezident Aparatının müşaviri yataqda jurnalist qıza müsahibə verdi – VİDEO

Hazırda oxunan: Ukrayna Prezident Aparatının müşaviri yataqda jurnalist qıza müsahibə verdi – VİDEO

106070

Tamaşaçıların efirdə Mark Feyqinlə hərbi mövzuları müzakirə edərkən görməyə adət etdiyi Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç ünsiyyət formatını genişləndirmək qərarına gəlib. Bu dəfə o, çəhrayı yorğana bürünərək yataqda müsahibə verib.

Bizim.Media xəbər verir ki, çəkilən material “Yataqda” adlı Youtube kanalında yayımlanıb.

Arestoviç, xüsusilə prezidentin cəmiyyətin həyatındakı rolundan danışıb.

"Hər bir Ukrayna prezidenti sonda rəhbərlik etməyə çalışdığı sistemdən daha zəif oldu", - deyə o, qeyd edib.

Müşavir rəis kimi çox amansız olduğunu da etiraf edib.

O, eyni zamanda Zelenski ilə münasibətindən və öz şəxsi həyatından söz açıb.

Xatırladaq ki, “YouTube”da yayımlanan "Yataqda" proqramı kommunikasiya mütəxəssisi Mariçka Dovbenkoya məxsusdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO