Zaporojye AES-də təhlükə - Xarici enerjiyə çıxış itirilib

Zaporojye AES-də təhlükə - Xarici enerjiyə çıxış itirilib

Hazırda oxunan: Zaporojye AES-də təhlükə - Xarici enerjiyə çıxış itirilib

105986

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye AES-in növbəti dəfə xarici enerjiyə çıxışını itirdiyini bildirib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Agentlikdən hazırda reaktorları soyutmaq və nüvə təhlükəsizliyini qorumaq üzrə digər mühüm vəzifələri yerinə yetirmək üçün fövqəladə dizel-generatorları işə salındığ açıqlanıb.

Qeyd olunub ki, ZAES-də olan AEBA ekspertlərindən ibarət qrup stansiyanın saat 15:30-da (Bakı vaxtı ilə 16:30-da) xarici enerji təchizatından məhrum olduğunu açıqlayıb:

“İlkin olaraq stansiyadakı 20 dizel generatorunun hamısı avtomatik qoşulub. İndi onlardan səkkizi obyekti ehtiyat elektrik enerjisi ilə təmin edir, qalan 12 generator isə gözləmə rejiminə keçirilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO