“Fransanın siyasi meydanında Ermənistan sanki qurban obrazı, Azərbaycan isə Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfdaşı kimi təqdim olunur. Bu, tamamilə yanlışdır. Reallığa, tarixi retrospektivə, beynəlxalq hüquqa uyğun gəlmir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Ukraynanın 5-ci kanalının efirində səsləndirilib.
Telekanal hesab edir ki, Fransa siyasətçiləri erməni diasporunun təsiri altındadır. Onun təzyiqi ilə Azərbaycana qarşı Senat qətnamə qəbul edib. Baxmayaraq ki, belə bir qərarın əleyhinə olan petisiyada 100 mindən çox imza toplanıb.
Senat Azərbaycana qarşı embarqo tələbi ilə mübahisəli və tamamilə qeyri-demokratik qətnamə qəbul edib. Və müvafiq olaraq, resursları Ukraynanı və erməni separatizmini dəstəkləməyə yönəltmək istəyirlər.
İrəvan və Moskva diqqətin Ukraynadakı müharibədən Qarabağ münaqişəsinə yönəldilməsində maraqlıdır.
Belə bir siyasətin təbliği Kremlin xeyrinədir. Fransanın təzyiq üçün Azərbaycandan tramplin kimi istifadə etməsi Ukrayna və bütövlükdə Avropanın təhlükəsizliyinə ciddi ziyan vuracaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:39 / 23.11.2022
Ukraynanın 5-ci kanalı: “Fransanın anti-Azərbaycan siyasəti Kremlin xeyrinədir” - VİDEO
Hazırda oxunan: Ukraynanın 5-ci kanalı: “Fransanın anti-Azərbaycan siyasəti Kremlin xeyrinədir” - VİDEO
Hazırda oxunan: Ukraynanın 5-ci kanalı: “Fransanın anti-Azərbaycan siyasəti Kremlin xeyrinədir” - VİDEO
105901
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.