10 yanvar 2021-ci il tarixində Qazaxıstan Parlamentinin aşağı palatasına (Məclis) seçkilər keçiriləcək.
Bizim.Media xəbər verir ki, Qazaxıstan Prezidenti Kassım-Jomart Tokayev seçkilərin təyin edilməsi haqqında fərman imzalayıb.
Prezident xalqa müraciətində deyib ki, bütün siyasi partiyaların qarşıdan gələn seçki kampaniyasına hazır olması, seçki platformasının hazırlanması, partiya infrastrukturun təkmilləşdirilməsi üçün vaxtı var:
"Mərkəzi Seçki Komissiyası və Baş Prokurorluq seçkilərin qanunauyğun, şəffaf və ədalətli keçirilməsinə daimi nəzarəti həyata keçirəcək. Yeni seçki kampaniyasının başlamasından öncə siyasi modernləşmə, çoxpartiyalığının inkişafı və vətəndaşların ölkəmizin ictimai-siyasi həyatında iştirakının təmin edilməsi üçün tədbirlər görülüb".
Bizim.Media