Türkiyədə zəlzələdə xəsarət alanların sayı 68-ə çatdı – YENİLƏNİB – FOTO/VİDEO

Türkiyədə zəlzələdə xəsarət alanların sayı 68-ə çatdı – YENİLƏNİB – FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə zəlzələdə xəsarət alanların sayı 68-ə çatdı – YENİLƏNİB – FOTO/VİDEO

105799

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. Onlardan birinin vəziyyəti ağırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir 28 yaşlı Əfqanıstan vətəndaşının zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini, süni nəfəs aparatına qoşulduğunu və vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edilib ki, son məlumatlara əsasən, 68 yaralı var. Bunlardan 26-sı xəstəxanada müalicə olunur. Ağır yaralılardan başqa vətəndaşların ümumi vəziyyəti yaxşıdır, ciddi problemi yoxdur.

Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

10:28

Xəbər verdiyimiz kimi, Düzcenin Gölyaka rayonunda saat 04:08-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul, Bolu, Sakarya, Ankara, Kocaeli, Kütahya, Biləcik, Bursa və İzmirə qədər geniş ərazidə hiss olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “milliyet.com.tr” saytında yer alıb. 

Mənbə yazır ki, zəlzələdə Düzcedə 37, İstanbulda 1, Zonguldakda 6, Sakaryada 1 və Boluda 1 nəfər olmaqla 50 nəfər yaralanıb.

09.09

Türkiyədə Düzcenin Gölyaka rayonunda saat 04.08-də baş verən 5,9 bal gücündə zəlzələ İstanbul başda olmaqla bir çox şəhərdə çaxnaşmaya səbəb olub.

Yuxuda olan vətəndaşlar qorxudan özlərini evlərindən bayıra atıblar. Çaxnaşma anları çəkilən şəkillərdə də öz əksini tapıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Haberler.com” saytında yer alıb.

Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda Düzcedə 32, ümumilikdə 35 yaralının olduğunu deyib.

Zəlzələdə ölənlərin sayı ilə bağlı heç bir məlumat yoxdur. 

Bizim.Media



 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO